Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zaqatalada yeni doğulan körpə öldü

  • 2022.10.28 16:55
  • 1738 Baxış
Zaqatalada  yeni doğulan körpə öldü
Zaqatalada yeni doğulan körpə ölüb.

Medicina.az APA-ya istinadla bildirir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Gülsənəm Etimad qızı Zamanova oktyabrın 25-də birinci hamiləliklə doğuş üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.


24 yaşlı Gülsənəm Zamanova təbii doğuşla oğlan uşağı dünyaya gətirib. Yeni doğulan körpədə kəskin narahatlıq olduğu üçün doğuşun ertəsi günü müalicə məqsədilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Körpə oktyabrın 27-də Bakıda müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.