Zaqatalada üç nəfər dönərdən zəhərlənməsinin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Medicina" xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi ehtimal olunan Zaqatala rayonunda fəaliyyət göstərən "Şah dönər" adlı dönərxanaya baxış keçirilib, müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək laborator analizlərə cəlb olunub.
"Görülmüş tədbirlərlə iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, faktla bağlı tibb müəssisəsinə müraciət edən şəxslərə lazımi tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.