Zaqatalada dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb.
"Medicina" xəbər verir ki, kənd sakinləri, Muxax kənd 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda çaqqalın hücumuna məruz qalıblar. Çaqqal ərazidə olan daha üç nəfər kənd sakini - 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hücum edərək xəsarət yetirib.
Hər iki şagird və digər kənd sakinlərinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, çaqqal sakinlər tərəfindən öldürülüb. Çaqqaldan kənd baytar həkimi tərəfindən laborator nümunə götürülüb.