Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zaqatalada saxta kovid pasportu verildiyi - Aşkarlandı

  • 2021.10.05 17:17
  • 1339 Baxış
Zaqatalada saxta kovid pasportu verildiyi   - Aşkarlandı


“Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVID-19 pasportunun verilməsi barədə araşdırma aparılıb.

Zaqatala Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.