Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Zahirən bir-birinə bənzər insanların DNT-si oxşardır - Alimlər

  • 2022.08.29 14:40
  • 3197 Baxış
 Zahirən bir-birinə bənzər insanların DNT-si oxşardır  -   Alimlər
Deyilənə görə, hər bir insanın planetdə zahirən eyni oxşarı var. Alimlər sübut ediblər ki, bu fenomenin digər bir səbəbi də var.


"Medicina" xəbər verir ki, hər insanın DNT analizi fərqlidir, biri digəri ilə əlaqəli deyil.


Amma çox bənzər insanların ümumi genetik variantları var.

Bir sözlə oxşarların bənzər DNT-strukturu ola bilir.

İnsanlar son zamanlar sosial şəbəkələrdə və xüsusi proqramlarla bir-birinin bənzərini axtarmağa çalışır.

Yüz minlərlə kilometrdə yaşayan, amma sənin əkiz tayın kimi sənə bənzəyən insanla səni nə bağlayır?

İspaniyada bununla bağlı maraqlı eksperiment aparııb.

Sosial şəbəkələrdə bir-birinə bənzəyən insanları toplayıb, onların DNT analizini tutuşdurublar.

Analiz göstərib ki, məhz genoma zahiri bənzərliyə səbəb olur.

Əkiz insanlar oxşar genotipə aiddirlər.
Maraqlısı odur ki, genetik oxşarlıq təkcə üzdə yox, boy, çəki və hətta xasiyyətdə də, zərərli vərdişlərdə də özünü göstərib.


Aygün Musayeva