“Heç bir xəstəliyi yox idi, ürəktutmasından qəfil dünyasını dəyişib”.
"Medicina" xəbər verir ki, bu barədə tələbənin yaxınları oxu.az-a məlumat verib.
Zaftanın yaxınları da Oxu.Az-a məlumatı təsdiqləyib:
“Zafta gecə yatıb, səhər qalxmayıb. Xəstəxanada ürəktutmasından vəfat etdiyini bildiriblər. Heç bir narahatlığı yox idi. Səhhətində bu günə qədər problem olmayıb.
Ailəsi çox yaxşı, mehriban idi. Ailədə dörd uşaq idilər – üç qız, bir oğlan. Zafta ən kiçikləri idi. Qalanları ailə həyatı qurublar. Zaftagil həmişə nümunəvi ailə olublar. Ailəsi özünə gələ bilmir”.