Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ÖZ APPENDİSİTİNİ ÖZÜ ÇIXARAN HƏKİM - Əməliyyat Antarktikada olub

  • 2017.10.25 13:33
  • 18435 Baxış
ÖZ APPENDİSİTİNİ ÖZÜ ÇIXARAN HƏKİM -  Əməliyyat Antarktikada olub
Leonid Roqozov tarixə öz-özünü appendisit əməliyyatı etmiş həkim kimi düşüb.


Medicina.az xəbər verir ki, Sovet Antarktik ekspedisiyasında çalışan mütəxəssis 1961-ci ildə özündə ağrı, ürəkbulanma, zəiflik hiss edir. Qarının sağ tərəfdən aşağısında kəskin ağrı appendisitə işarə idi. 


13 nəfərlik ekspedisiyada yeganə həkim olan Roqozovun nə  tibb bacısı, nə assistenti var idi. 2 gün aclıq və ağrıkəsici ilə dayandıqdan sonra vəziyyətin getdikcə qəlizləşdiyini görən həkim, əməliyyat etməzsə öləcəyini anlayıb. Əməliyyat isə yerindəcə həyata keçirilməli idi. Yaşamaq üçün başqa yol yox idi. 

 

Aprel ayının 30-da gecə Roqozov 2 nəfər iş yoldaşının könüllü asissentliyi ilə öz üzərində əməliyyata başlayır. İşçilərdən biri qarının aşağısında güzgü tutur, digəri isə alətləri verirdi. Qorxudan hər ikisinin rəngi qaçmış, əlləri əsirdi. Həkim özü də əməliyyat vaxtı huşunun itməsindən qorxuya düşmüşdü.


Roqozov yerli keyitmə edib, 12 sm-lik kəsik açaraq, güzgünün köməkliyi ilə iltihablı appendisiti kəsib götürüb. Yaranı tikib və antibiotik vurub. O, əməliyyat vaxtı bir dəfə ürəyinin sanki dayandığını hiss edib. Sonradan özünü toplayıb, davam etməyi bacaran həkim 1 saat 45 dəqiqədən sonra əməliyyatı bitirib. 3 günlük həyəcanlı gözləntidən sonra o, özünü yaxşı hiss etməyə başlayıb. Deməli, əməliyyat uğurlu keçmişdi. 


 

1 həftə sonra isə o, tikişləri özü söküb. Həmin ekspedisiyadan 1 il sonra qayıdıb və Leninqradda cərrah kimi uzun illər çalışıb. Roqozov Ginnesin rekordlar kitabına daxil edilib. O, 2000-ci ildə ağciyər xərçəngindən vəfat edib. Onun haqqında sənədli film, bədii film çəkilib və şeirlər yazılıb. 

ÖZ APPENDİSİTİNİ ÖZÜ ÇIXARAN HƏKİM -  Əməliyyat Antarktikada olub
ÖZ APPENDİSİTİNİ ÖZÜ ÇIXARAN HƏKİM -  Əməliyyat Antarktikada olub
ÖZ APPENDİSİTİNİ ÖZÜ ÇIXARAN HƏKİM -  Əməliyyat Antarktikada olub