Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxub, daha 500-ə yaxını karantində və ya özünütəcriddədir.
Medicina.az xəbər verir ki, bunu Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin deyib.
“Biz həmkarlarımızla baş verənləri diqqətlə izləyirik. Bizdə olan məlumata görə, bu günədək yüzə yaxın jurnalistə koronavirus infeksiyası diaqnozu qoyulub. 500-ə yaxın insan karantində və özünütəcriddədir. Təssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib”.