Çində ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan koronavirus Avropanı da caynağına keçirdi.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, virus bu dəfə İspaniyada almanların çoxluq təşkil etdiyi oteldə aşkarlanıb. Xəbərdən dərhal sonra otel bağlanıb, müştərilər isə tək-tək yoxlanışdan keçirilir.
İtaliyanın şimalında yerləşən Lombardiyadan gələn və Avstriyanın Tirol bölgəsində yaşayan iki gənc koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənclərin vəziyyətinin yaxşı olduğu, lakin virusa harada və necə yoluxduqlarına dair hər hansı açıqlama verilməyib.
Xorvatiyada da var
Almaniya və Avstriya İtaliyadan yayılan qorxudan dolayı qatar səfərlərini dayandırıb və sərhəd məntəqələrində qoruyucu tədbirlər görüblər.
Digər tərəfdən, Xorvatiyanın paytaxtı Zaqrebdə bir nəfər koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin gənc olduğu və orta dərəcə simptomların daşıyıcısı olduğu bildirilib. Xəstənin bir müddət əvvəl Milandan gəldiyi açıqlanıb.
Almaniya da hərəkətə keçdi
İtaliyada 283 nəfərin koronavirusa yoluxduğu, 7 nəfərin isə öldüyü bildirilib.
İspaniyadakı oteldəki müştərilərin alman olması Almaniyada da təşvişə səbəb olub. Oteldə qarantin tətbiq olunub-olunmayacağı hələ ki, məlum deyil.
İspaniyanın Kataloniya bölgəsində də bir nəfərdə virus aşkarlanıb.