Qozun insan sağlamlığına faydalı tərəfləri haqqında eşitmisiniz. Zəngin qidalandırıcı dəyərlərə və zülallara sahib qozun suyu da özü qədər faydalıdır.
Medicina.az xəbər verir ki, bütün günü enerjili olmaq üçün səhər yuxudan oyanan kim bir
gecə əvvəl hazırladığınız qoz suyu içməniz məsləhətdir.
Proteinlə zəngindir
Yağla zəngin olan qoz yüksək miqdarda protein ehtiva edir. Xüsusilə ət istehlak etməyən insanlar üçün qoz suyu çox
faydalıdır.Əgər vegeterian və yapesketariansınızsa, qozdan lazım olan zülalı
ala bilərsiniz.
Tox saxlayır
Qoz suyu içərisində olan çox miqdarda protein sayəsində uzun müddət tox saxlayır və orqanizmdəki
yağ yandırılmasını asanlaşdırır.
Xolesterol tənzimləyicisi
Xolesterol probleminiz varsa, qoz suyu müsbət təsir göstərir. Qoz suyu həm də pis xolesterolun artmasının qarşısını alır.
Ürək-damarları möhkəmləndirir
Qoz suyu damar sağlamlığı üçün faydalıdır. Qoz suyunun müntəzəm istehlakı ürək, damar və qan dövranı sisteminə faydalıdır.
Damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.
Həzmə kömək edir
Qoz suyunu istehlak etmək həzmi də asanlaşdırır.
Qoz suyu tərkibindəki omeqa 3 yağ turşusu sinir sisteminin sağlam bir şəkildə işləməsinə kömək edir. Qəbizlik probleminiz varsa, qoz suyu bu problemi asanlıqla aradan qaldıracaq.
Süd verən qadınlara faydalıdır
Hamilə və süd verən qadınlar üçün çox faydalıdır. Uşaq əmizdirən analar istehlak etdikdə oradakı vitaminlər ana südü ilə uşağa ötürülür. Bu da körpə üçün lazım olan vitaminlər təbii olaraq alınmasına şərait yaradır.