Naxçıvan torpağında yetişən, mövsümündə təzə tər forması çiy və qovrulan, qışda isə şorabası qoyulan çaşırın faydası haqqında məlumatlar çoxdur.
Medicina.az xəbər verir ki, artıq mövsümü başlayan çaşırdan bir çox xəstəlikləri olan insanlar məxsusi olaraq müalicə üçün istifafə edir.
Belə pasiyentlərdən birinin çaşırla süd vəzi problemindən necə xilas olması barədə naxcivanxeberleri.com-da maraqlı məlumat verilib.
Elnurə Abuşova adlı xanım yaxın rəfiqəsi olan tibb işçisinin məsləhəti ilə çaşır almaq qərarına gəlir. Təzə çaşırın tamı acı olduğu üçün yeyə bilmədiyindən, onun şorabasını alır. Bir müddət yedikdən sonra səhhətində olan bir problemin həll olunduğunu görür:
" 11 idir süd vəzidə olan xoşxasəlli kütlədən və ağrılardan əziyyət çəkirdim. Hər dəfə müalicələr alsam da, ağrılar qayıdırdı. Heç bir iynə-dərman, mazlardan görmədiyim təsiri 2 litrlik bankada olan çaşır şorabasından gördüm.
Ağrılarım azaldı, kütlə kiçildi, ümimi halım yaxşılaşdı. Qərara aldım ki, çaşırın təzə yetişmişini də yeyim. İndi həstərlə onun çıxacağı mövsümü gözləyirəm”.
Qeyd edək ki, Türkiyədə Anadolu və Ərzurumda da yerli əhali ildə bir dəfə yetişən çaşırı mütləq yeyir, onu qurudur, şorabasını qoyur, dərmanlar hazırlayır. Deyilənə görə, Ərzurumda çaşırın sayəsində şəkər xəstəliyi yox olmaq üzrədir.
Çaşırın faydaları:
-İştah açır, bağırsaqları təmizləyir, çalışdırır
-Şəkər metobolizmini sürətləndirir
-Qurdları tökür
-Qanı təmizləyir
-Bədəndəki iltihabı götürür
-Ürək damarlarının tıxanmasının qarşısını alır
Hələ tam təsdiq olunmayan məlumatlara görə, çaşır orqanizmdə olan bədxasəlli şişlərə də təsir edir. Ona görə çaşırı konkret problemə görə yox, elə müalicə-profilaktika məqsədilə də alıb yeyə bilərsiz.
Qeyd edək ki, artıq çaşır mövsümü başlayır. Onu bazarlardan və Bakıda olan Naxçıvan məhsulları satılan nöqtələrdən ala bilərsiz.
Fizuli həkim, çaşırın üyüdülmüşündən (tozundan) hansı miqdarda 1 kq təmiz balla qarışdırılması uyğundur.
Fizuli həkim, Çaşırın üyüdülmüşündən (tozundan) hansı miqdarda 1kq təmiz balla qarışdırılması uyğundur