Ölkə daxilində əl təmizləyici vasitələrin çatışmazlığı səbəbindən bir çox insanlar koronavirusdan qorunmaq üçün alternativ vasitələr axtarır.
Həkimlər isə, qabyuyan mayenin ən yaxşı alternativ ola biləcəyini iddia edirlər.
Doktor Sarah Jarvis hesab edir ki:
“Əllərinizi yuymaq üçün ən yaxşı vasitə maye sabun və isti su istifadə etməkdir. Aydındır ki, bədənin hər hissəsini təmiz saxlamaqla yanaşı, ən vacib olan əllərinizi yaxşıca yumaqdır (bu sizin o qədər də vaxtınızı almayacaq). Qabyuyan mayeni rahatlıqla istifadə edə bilərsiniz. Bu daha təsirli vasitə hesab olunur . "