Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxusuzluq, yorğunluq, əsəb, sümük-əzələ ağrısı… - Bu əlamətlər varsa hansı analizi verməli?

  • 2020.10.15 15:22
  • 7417 Baxış
Yuxusuzluq, yorğunluq, əsəb, sümük-əzələ ağrısı…  - Bu əlamətlər varsa hansı analizi verməli?


Yuxusuzluq, beynin tormozlanması, sümük-əzələ ağrısı, başda duman…

Maqniy elementi insan orqanizmində yumşaq toxumaların ən çox tələb etdiyi elementdir: bura beyin və ürək daxildir. Maqniy Mendeleyev cədvəlində ən vacib elementdir.


Medicina.az orqanizmdə maqniy defisitini göstərən əlamətləri təqdim edir. İnanın ki, biz çoxumuz bundan əziyyət çəkirik. Amma təəssüf ki, problemimizlə əlaqədar həkimə gedəndə nə mayinədə, nə müalicədə bu nəzərə alınmır. Həkimlər insanda hər hansı elementin çatışmazlığına qarşı sanki biganədir. Onlar simptomu müalicəyə çalışır, səbəb isə qalır. Ən dəhşətlisi budur ki, qan analizi ilə maqniy defisitini müəyyən etmək olmur. Ona görə özünüz simptomlarla və qidanızı analiz edərək, sizdə maqniy çatışmadığını təyin edəcək və bunu aradan qaldırmağa çalışmalısız.

İnsanda maqniy defisiti birincili və ikincili olur. Birincili genetik defektdir və müalicəsi çətindir.

İkincili maqniy çatışmazlığı insanın qidalanması, rejimi, əsəb sistemi, həyatı, fizioloji vəziyyəti kimi təsirlərdən yaranır.

Maqniy daha çox sümüklərdə, dişlərdə, əzələ və sinir toxumalarında, böyrək və qaraciyərdə toplanır.


Maqniyin ən vacib funksiyası təbii antstress roludur. O, sinir sistemində oyanıqlığı toqmozlayır və orqanizmi stresin ziyanından qoruyur. Qanda maqniy cəmi 1% toplanır, ona görə onu qan analizində təyin etmək çətindir. Çox vaxt insanlar bunu qanda dəmir çatışmazlığı ilə səhv salırlar. Çünki simptomları eynidir.





Maqniy defisiti bizə hansı problemlər yaşadır.


1. Yorğunluq, səbəbsiz halsızlıq


Maqniy defisiti ilk növbədə xroniki yorğunluq ilə özünü göstərir. İnsanın ümumi halı yaxşı olmur. Xüsusən səhərlər, yuxudan sonra əzgin olur, bir iş görən kimi tez yorulur. Xüsusən qollarında güc azalır. Bu da gündəlik həyatda çox stress, əsəb keçirmək səbəbindən baş verir. Çünki stress zamanı orqanizm daha çox maqniy tükədir. Getdikcə maqnit azalır və orqanizm stress qarşısında aciz qalır.




2.Uzun müddət maqniy defisiti unsulin rezistentlik yaradır


Moskva Kibernetika İnstitutu məlumat yayıb ki, maqniy defisiti reseptorların insulinə həssaslığını azaldır, bu da hüceyrələr tərəfindən qlükozanın tutulub saxlanmasına səbəb olur. Bununla da maqniyin sekresiyası pozulur, nəticədə metobolizm yaranır. Burdan da həzm, mədə-bağırsaq problemləri başlayır. Burda hər şey bir-birinə zəncir kimi bağlıdır. Maqniy zəncirdə olmazsa, hüceyrələr sanki "başını itirir”.


3.Yuxusuzluq, yuxudan doymamaq, çətin yuxuya getmək


Sübut olunub ki, yuxunun keyfiyyətinə kalsiy və maqniy kimi minerallar təsir edir. Maqniy əsas olaraq yuxu impulslarına nəzarət edir. Əgər maqniy yoxdursa, sinir kanalları təbii olaraq rahatlanmır. Maqniy defisiti olan insanlar yerində fırlanır, yuxuda tez-tez hərəkət edir, oyanır, səhər gün çıxandan sonra yatır, yuxudan doymamış oyanır. Bu da həmin insanın orqanizminin bütün funksiyalarına mənfi təsir edir. Əgər yuxusuzluqdan əziyyət çəkirsizsə, maqniy barədə düşünün.


4.Sümüklərdə və əzələlərdə zəiflik, ağrı


Maqniy orqanizmdə kalsiumu normallaşdıran fermenti stimulə edir. O həmçinin kalsinin əzələ toxumasında yığılmasını təmin edir.

Fibromialgiya – narahat ayaqlar sindromu, əzələlərdə gücsüzlük, ağrı, gecə qıcolmaları birbaşa maqniy defisitindən xəbər verir.


5.Tez-tez ürəkbulanma


Bəli, maqniy sinir impulslarını tənzim etdiyindən onun defisiti mədəyə siqnallar göndərib, onu bulandıracaq. Yəni bütün bunlar maqnisiz orqanizmdə aləmin bir-birinə qarışması deməkdir.


6. Əsəb, nevroz, depressiya, apatiya


Maqniy beyinin biokimyəvi proseslərini tənzimləyir. Tibb sübut edib ki, depressiyasının səbəblərindən biri də maqnit defisitidir. Araşdırmalar göstərdi ki, həyata marağını itirən, təşviş pozuntusu olan və intihara meyilli insanlarda maqniy çatışmazlığı aşkar olunub. Maqniy əhval hormonu olan serotoninin səviyyəsini artırır. Maqniy oldıqda, serotonin də olmur. Həkimlər isə antidepressant yazmaqla bu problemi süni olaraq çözməyə çalışırlar.


7.Ürək-damar problemləri


Maqniy çatışmazlığı eritrositlərin elastikliyini azaldır, kapilyar mikrodövranı pozur, nəticədə anemiya yaranır. Maqniy ürək mikroelementidir. O azalarsa, ürək damarları yığılır, təzyiq yüksəlir, ürəyin işemik xəstəlikləri inkişaf edir.

Ona görə ürək problemi başlayan kimi, maqniy ehtiyatını dəqiqləşdirin.


Bəs maqniy defisitinin qarşını necə almalı?


2 yolu var: bu elementlə zəngin qidalar yemək, özü də çox yemək və ya həkim məsləhəti ilə bir maqniy preparati müəyyən dozalarda kursla qəbul etmək.

Böyüklər üçün sutkalıq maqniy dozası – 320-400 mq-dır. Hamiləlik vaxtı bu doza artır.

Orqanizmdə maqniy çatışmazlığını analizlə təyin etmək mümkündür
Analizin nəticəsində kəskin defisit olarsa, həkim yüksək dozada müəyyən müddət maqniy preparatı təyin edir.
Uşaq və böyüklərdə maqniy analizinin təyini üçün Medi Plus klinikasının müasir yeni laboratoriyasına müraicət edə bilərsiniz.
Medicina.az oxucuları üçün xüsusi olaraq 20% endirim olunacaq



Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36