Yuxu pozulması və gec yatmaq orta yaşlarda huşsuzluq və əqli geriliyə səbəb ola bilər.
"Medicina" xəbər verir ki, proqnozlar bu gün doğulan hər 3-4 insandan birinin gələcəkdə demensiya olacağını göstərir.
Həkim nevroloq Aleksandra Aleksina bu problemin daha çox yuxu pozulması olanlarda olacağını bildirib.
"Hələ ki, yaxın gələcəkdə bu xəstəliyin effektiv dərmanı görünmür. Ona görə profilaktikaya indiki nəsil ciddi fikir verməlidir.
Demensiyanın erkən əlaməti indidən yuxu pozulmasında gizlənir. Yuxusuzluq, yuxu gedişinin pozulması, tez-tez oyanmalar bu riski artırır.
3 il ərzində keyfiyyətsiz yuxu yaddaşı subyektiv olaraq ciddi pozur. Bu adamlar narahat olur, depressiyaya meyillidir".
Aygün Musayea