Kofein daha çox qəhvə və çayla əlaqələndirilsə də, bir sıra digər qidaların da tərkibində var.
Axşam saatlarında qəhvə içmədiyi halda yuxusuzluqdan əziyyət çəkənlər və problemin həllini tapa bilməyənlər gizli kofein mənbələrinə diqqət yetirməlidirlər. Buna görə qidalanma rejiminizi yenidən nəzərdən keçirməlisiniz.
Əvvəlcə kofeinin əks təsirlərinə nəzər salaq:
- Gərginlik və əsəbilik
- Ürəkbulanma
- Anksiyete
- Ürək döyüntüsünün sürətlənməsi
- Baş ağrısı
Əks təsirlər çox vaxt həddindən artıq kofein qəbulu ilə əlaqələndirilir və insandan insana dəyişə bilər. Tərkibində kofein olan məhsulların istehlakında balanslı olmaq və həddi aşmamaq vacibdir.
Medicina.az kofein ehtiva etdiyi üçün gecə yuxusuna təsir edə biləcək bəzi məhsulları təqdim edir:
Şokolad: Kakaonun tərkibində çoxlu miqdarda kofein var. buna görə də şokolad da kofein ehtiva edir. Xüsusilə tünd şokoladlarda daha çox kofein olur.
Enerji içkiləri: Enerji içkiləri kofein və digər stimullaşdırıcı maddələr ehtiva edir. Bu içkilər yüksək miqdarda kofein ehtiva etdikləri üçün ehtiyatla istehlak edilməlidir.
Kola: Kola da daxil olmaqla, qazlı içkilərin çoxunda kofein var. Üzərində kofeinsiz olduğu qeyd edilənlər istisna olmaqla, bütün qazlı içkilərin kofeinli olduğunu nəzərə almaqda fayda var.
Aysel