Səhərlər tez yuxudan oyanan qadınlarda süd vəzi xərçənginə yoluxma ehtimalı daha aşağıdır.
Medicina.az xəbər verir ki,
İngiltərədə 400 minə yaxın qadın üzərində aparılan araşdırmada gec yuxudan oyanan qadınların bədənlərinin xərçəngə daha yatqın olduqları üzə çıxıb.
Alimlər bunun səbəbini hələ ki, müəyyən edə bilməyiblər.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl də alimlər gecə işləyən insanların xərçəngə yoluxma riskinin yüksək olduğunu söyləmişdilər.