Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər

  • 2022.08.24 15:51
  • 3180 Baxış
Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng    əlaməti ola bilər


Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.


"Medicina" xəbər verir ki, həkimlər yatmazdan əvvəl və yataqda qarının yuxarı hissəsi və kürəkdə ağrıların olmasının mədəaltı vəzidən ola biləcəyini bildirir.

Yuxuya gedən anda belə ağrıları hiss etmək şübhəlidir. Eləcə də gün ərzində ağrı olmur, ancaq günorta uzanıb istirahət edəndə həmin hissədə ağrı başlayıb kürəyə vurursa bu problemdən şübhələmək olar.


Mədəaltı vəz şişlərinin digər əlamətləri də üz, bədən, göz içində sarılıqdır. Amma bu artıq şiş böyüyüb, öd axarlarını tutanda olur.

Eləcə də iştahın azalması, arıqlama, qarında şişkinlik, bədəndə hərarətin tez-tez 37-ni keçməsi də əlamətlərdən ola bilər.


Aygün Musayeva