Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxudan başağrısı ilə oyananlar – Səhərlər baş niyə ağrıyır?

  • 2019.02.26 17:44
  • 16169 Baxış
Yuxudan başağrısı ilə oyananlar –  Səhərlər baş niyə ağrıyır?
Çox insanlar müntəzəm olaraq səhərlər, elə yuxudan oyanandan baş ağrılarından, baş sızlamasından, təzyiq oynamasından şikayətlənir. Əslində insan normal yatıb yuxusunu aldıqdan sonra dincəldiyindən başı səhərlər ağrımamalıdır. Bəs bu  əksinə baş verən prosesin səbəbi nədir?


Medicina.az səhərlər baş ağrısının bir neçə səbəbini araşdırıb.


1.Siz yuxudan doymamısız


Orqanizmə sutkada 6-8 saat normal yuxu tələb olunur. Əgər insan bu normaya yaxın yatırsa, lakin günlərin bir günü bu normadan az və ya çox saat yatdıqda bədən panikaya düşür, özünü toparlaya bilmir, etiraz kimi reaksiyası baş ağrısı olur. 


Bu zaman qanda adrenalin və noradrenalin hormonları aktivləşir, nəticədə ürək döyünmələri sürətlənir, təzyiq dəyişir, baş ağrıyır. 

Bu halda istənilən ağrıkəsici ağrını kəsir. Amma yuxunu və saatını qaydaya salmaq lazım olacaq. 


2.Həddən artıq çox yatmısız


Əgər yuxudan doymamaz, az yatmaq baş ağrı yaradırsa, deməli, normadan çox yatmaq da eyni hal yaşadır. Doktor Napolinin qeydinə görə, 9-10 saatdan artıq yatdıqda beyində serotonin hormonu azalır, qan dövranı pozulur, nəticədə baş ağrı yaranır.


Ona görə çox insanlar bazar günü çox yatanda dincəlmək əvəzinə, əksinə baş ağrı ilə üzləşirlər. Ona görə rejimdən çıxmaq olmaz. Bazar günü yatsanız da, saatı qurun ki, vaxtında oyana biləsiz. 

 


3.Endorfin hormonu azdır


Sevinc hormonu hesab olunan endorfinin orqanizmdə ən az həddə olduğu vaxt səhərdir. Elə insanlar var ki, onlarda bu hormon ümumiyyətlə azdır. Bu da baş ağrı verir. 

Professor Mark Xorsendi deyir ki, bu hormon az olduqda baş damarları sıxılır, qan dövranı pozulur, baş ağrıyır. Belə olan halda dərman yox, fiziki aktivlik, qaçış, idman, gimnastika sizi xilas edə bilər. Çünki yalnız bu halda endorfin səviyyəsi qalxır. 


4.Axşam çox alkoqol qəbul etmisiz


Sərxoşluq, alkoqol içki səhər baş ağrısının birinci səbəbidir. Alkoqol orqanizmi susuzlaşdırır, qanın ümumi dövranı düşür, hüceyrələrə az qan gedir, onlar acır, yuxu normal olmur, səhər isə baş ağrısı ilə oyanırsız. Bu halda sizə çox maye, adi su və elektrolit içkilər  kömək edə bilər. Su balansını tənzimləmək mütləqdir. 


5.Siz xoruldayırsız


Xorultu apnoe yaradır, yəni nəfəs çatışmazlığı. İnsan yuxuda ikən 20-30 saniyə tənəffüsü demək olar ki, dayanır. Bu hal gecə boyu 3-5 dəfə baş verdiyindən beyində oksigen aclığı yaranır, kəllədaxili təzyiq artır, baş ağrısı başlayır. Bu probleminiz varsa LOR həkim müayinəsi və xüsusi müalicə vacibdir. 

 


6.Günboyu çox kofein qəbul etmisiz


Kofein - əslində yüngül narkotik maddə hesab edilir. Əgər bir insan gün ərzində 3-4 qutu energetik içki, kofe və s. içirsə, onun yuxusu normal olmur. Ən pisi odur ki, insan gündəlik dozanı azaltdıqda və ya kofeindən imtina etmək istədikdə, orqanizm vərdişindən asanlıqla əl çəkmək istəmir və üsyan edir. Ona görə kofemanlar səhər oyanan kimi dərhal bir fincan qəhvə qəbul edir. Əgər etməsə, baş mütləq ağrıyacaq. 

 

 

Yuxudan başağrısı ilə oyananlar –  Səhərlər baş niyə ağrıyır?