Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxuda qolları keyiyib uyuşanlar - Səbəblər, müalicə

  • 2020.10.26 17:38
  • 19677 Baxış
Yuxuda  qolları  keyiyib uyuşanlar   -  Səbəblər, müalicə

Gecələr əllərinizin ağrısından, hissiyatsızlıqdan, keyimədən oyanırsız, yatmış əlinizi, qolunuzu ovuşdurursuz.
Elə bilirsiz ki, qolunuz başınızın altında sıxılıb, ya da artıq yaş öz sözünü deyir?
Bu problem gənclərdə də baş verir. Səbəbləri isə çoxdur.

Medicina.az xəbər verir ki, bu keçici simptomun ən birinci səbəbi boyun və döş qəfəsi ostexondrozu, el dili isə duz yığılması, onurğa problemidir.

Problem 30 yaşından sonra 70% əhalidə rast gəlinir.

Digər səbəb və xəstəliklər:

- ürək, qan damar sistemi, qan dövranı pozulması
- Atreroskleroz
- Tromboz
- Diabet
- Təzyiq
- Poliartrit
- Sinir problemləri
- B qrup vitamin və maqniy çatışmazlığı
- Biləkdə sinir kanallarının sıxılması sindromu
- daha çox oturaq işdə, komputerdə çalışanlarda olur
- Çox siqaret çəkən, içki içənlərdə də damar və sinir problemi olduğu üçün əl –ayaqları uyuşur

Əgər sağ qol daha çox keyiyirsə, onurğa və ostexondrozdan şübhələnin, əgər sol qol uyuşursa, ürəyi yoxlamaq lazımdır.

Gecəyarı qəfildən sol qolun uyuşması və qoldan tutan ağrı 1 saat müddətində keçmirsə, ürək probleminə görə dərhal həkimə müraciət etmək lazımdır.

Gecə yatanda rahat yastıq seçin, qolunuzu sıxacaq poza seçməyin, qolları başın altında qoymayın.

Uyuşmanın qarşısını almaq üçün kürəyi üstə uzanıb, qolları yuxarı qaldırıb, barmaqları 20-30 dəfə yumub açmaq lazımdır.

Qol uyuşması problemi ilə nevroloqlar məşğul olur.

Boyun ostexondrozu olanlar yuxudan əvvəl boyunu yüngül masaj edib, fastum gel mazı çəkə bilərlər.
Eləcə də fizioterapiya, aparatla masaj, tok, maqnitterapiya, fonofarez kimi prosedurlardan keçə bilərsiz

Bu kimi problemlərin həlli üçün MEdi Plus klinikasının fizioterapiya şöbəsinə müraciət edə bilərsiniz


Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94