Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxuda necə arıqlamaq olur? – Sirlər

  • 2023.04.07 14:57
  • 1893 Baxış
Yuxuda necə arıqlamaq olur?  – Sirlər
Gecə yatarkən arıqlamaq fikri nə qədər fantastik səslənsə də əslində realdır.

Məqsədiniz arıqlamaqdırsa, hədəfəniz gecələr kifayət qədər yatmaq olmalıdır.

“Medicina” xəbər verir ki, bunun üçün 7-9 saata qədər yatmaq lazımdır. Sonra kaloriləri aktiv şəkildə yandırmaq üçün günboyu kifayət qədər enerji olacaq.

Əsas qayda: axşam yeməyini çox gec yeməyin. Baxmayaraq ki, insanın axşam saatlarında yemək yeməsindən asılı olmayaraq, kalorilərin eyni şəkildə yandırılması sübut edilib.

Həmçinin müəyyən edilib ki, axşam gec, hətta gecə yarı yemək yeyənlər daha çox kalorili qidaları seçirlər.

Üstəlik, gecələr soyuducuya hücum pis əhval-ruhiyyə və stressdən qaynaqlana bilər.

Ancaq həqiqətən axşam yemək istəyirsənsə, o zaman soyuducudan kolbasa deyil, tərkibində kozein zülalı çox olan süd məhsulları götürməlisn. Məsələn, kefir, qatıq, yoqurt. O, daha yavaş həzm olunur, qəlyanaltı bədəni proteinlə təmin edə bilər.

Mütəxəssislər bildirirlər ki, idman məşqi axşam saatlarında da edilməməlidir. Həddindən artıq gərginlik yuxuya getməyə imkan verməyəcək.

Yatmazdan öncə alkaqol qəbul etmək olmaz. Alkoqollu içkilər çox kalorilidir.

Bəzi araşdırmalar göstərir ki, temperatur bədənin yağ emalına təsir edə bilər və sərin otaqda yatmaq gecə ərzində daha çox kalori yandırmağa kömək edir.

Həmçinin yatmazdan öncə telefon, noutbuk, televizora baxmaq olmaz. Onlar beyni qıcıqlandıran mavi işıq yayır.
Effektli arıqlamaq üçün təxminən eyni vaxtda yatmaq və oyanmaq tövsüyə olunur.

Yatmazdan öncə çobanyastığı çay içə və ya vanna qəbul edə bilərsiniz.

Aynurə Məmmədova