Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxuda belə hiss edilən sümük ağrılarının səbəbi

  • 2025.01.24 13:57
  • 645 Baxış
Yuxuda belə hiss edilən sümük ağrılarının     səbəbi

Bir çox bədən ağrıları yuxuda səngiyir, gecələr kəskinləşmir. Əgər gecə ağrıları sindromu bir müddət davam edirsə və səbəb tapılmırsa, sarkomaya görə müayinələr aparıla bilər.


“Medicina” xəbər verir ki, onkoloqlar sümük xərçəngi üçün xarakterik olan gecə ağrı sindromundan danışıblar.


Gecələr güclənən ağrı sümük xərçənginin əlamətlərindən biri ola bilər. Bu ağrının özəlliyi ondan ibarətdir ki, istirahətdən və müəyyən müalicələrdən sonra keçmir. Bədxassəli şişlərin bu mümkün simptomunu Böyük Britaniyanın Xərçəng Araşdırmaları İnstitutundan olan britaniyalı mütəxəssislər açıqlayıb.


Sümük xərçəngi sümük və qığırdaq toxumasında inkişaf edən bədxassəli şişlərdir. Onkoloqlar bu cür neoplazmaları sarkomalar adlandırır, çünki onlar daxili orqanların və bədənin yumşaq toxumalarının çərçivəsi olan birləşdirici toxuma hüceyrələrindən əmələ gəlirlər.


“Sarkomanın əsas simptomlarından biri, gecə saatlarında adi ağrıkəsicilərə cavab verməyən ağrıdır. Bu ağrı bədənin digər nahiyələrinə yayıla bilər və tədricən və ya birdən-birə özünü göstərə bilər”.

Sümük sarkomalarının digər əlamətləri:


İştahsızlıq, zəiflik və yorğunluq, səbəbsiz kilo itkisi, genişlənmiş limfa düyünləri, gecə tərləmələri, oynaqların sərtliyi, zədələnmiş nahiyələrdə şişlik və ödem daxildir. Əgər sizdə bu simptomlar varsa, mütləq onkoloqa müraciət etməlisiz.

Aygün Musayeva