Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxuda ayaq qıcolmaları – Niyə baş verir?

  • 2023.06.13 17:37
  • 3006 Baxış
Yuxuda ayaq qıcolmaları  – Niyə baş verir?
Ayaqlarda qıcolmalar müxtəlif səbəblərdən baş verə bilər. Lakin orta yaşlı insanlar üçün belə qıcolmalar təhlükəlidir. Əsasən də yatan zaman baş verərsə, bu daha təhlükəlidir.


Bundan əlavə, ayaqlarda yanma hissi, ağrı, uyuşma və ya qıcolma nevropatiyanın əlaməti ola bilər.


“Medicina” xəbər verir ki, nevroloq Vladimr Yeroxinin sözlərinə görə, bəzən belə qıcolmalara səbəb oturaq həyat keçirməkdir.

“Bundan əlavə qıcolmalara səbəb ağırlıq qaldırmaq və uzunmüddətli gəzintidən sonra şiddətli əzələ yorğunluğu ola bilər. Lakin qıcolmalara orqanizmdəki pozğunluqlar da səbəb olur. Bunlar hansılardır?

Metabolik xəstəliklər: hipotiroidizm, diabet, böyrək çatışmazlığı olan insanlar gecə əzələ qıcolamalarından şikayət edə bilərlər.

Elektrolit pozğunluqları: səbəb kalium, kalsium və ya maqnezium çatışmazlığı, həmçinin böyrək funksiyasının pozulması ola bilər.

Dərmanlar: Tutmalar diuretiklər və ya yüksək xolesterol dərmanları kimi tez-tez istifadə edilən bəzi dərmanların yan təsiridir.

Onurğa xəstəlikləri: intervertebral stenoz səbəb ola bilər.

Sinir sisteminin degenerativ xəstəlikləri: Parkinson xəstəliyi və ya motor neyron xəstəliyi də qıcolmalarla müşayiət olunur.

İltihabi nevroloji xəstəliklər: səbəb miopatiyada gizlənə bilər.

Damar xəstəlikləri: bəzi hallarda qıcolmalar aşağı ətrafların damarlarının aterosklerotik zədələnməsinin əlamətidir.

Aynurə Məmmədova