Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxu zamanı beynimiz onurğa mayesi ilə yuyulur

  • 2019.11.05 19:02
  • 7055 Baxış
Yuxu zamanı beynimiz onurğa mayesi ilə yuyulur
İnsan yuxuda olarkən onun beyninə onurğa beyin kanalından maye axır və bu maye beyin üçün zərərli olan toksiki qalıqları toxumalardan yuyur.

Medicina.az xəbər verir ki, Boston Universitetinin alimləri 13 könüllü üzərində müşahidə aparıblar. 


Onlar yuxuya getdikdən sonra MRT vasitəsilə beynin aktivliyi izlənilib. Bu zaman alimlər onurğa beyin mayesinin hərəkətini də görüblər. 

Məlum olub ki, delta dalğalar yarandığı an beynin toxumaları pulsasiya edici dalğalarla onurğa beyin mayesi tərəfindən sanki yuyulur. 


Dərin yuxu fazasında beyin neyronlarına aktiv qan, oksigen lazım olmur və beyində qan dövranı azalır. Bu zaman toxumalarda təzyiq düşür, bu zaman onurğa beyin mayesi rahat şəkildə beyin toxumalarına doğru axın edir.  Onun dalğaları hər 20 saniyədən bir beyni yuyur. 


Onurğa beyin mayesi axını, qan dövranı və beyin dalğaları ayrı-ayrılıqda yox, birlikdə bir prosesdə iştirak edir və beynə zərərlik artıq məhsulları, toksinləri çıxarır. 


Həqiqətən də Alsgeymer xəstəliyi olanlarda yuxu zamanı onurğa beyin mayesinin pulsasiyası çox zəif olur. Ona görə bu şəxslərdə toksinlərin toplaşması sürətlənir və demensiya inkişaf edir.

 

Ona görə gənc və orta yaşlarda 7-8 saatlıq yuxu rejiminə əməl etmək vacibdir.