Yuxu üzrə növbəti dünya çempionatı təşkil ediləcək.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, yuxu üzrə iki dünya çempionatının təşkilatçıları hazırda yeni turnirin üzərində işləyirlər.
“Artıq iki ildir turnir keçiririk, lakin indi fasilə vermişik. Çünki yuxu cihazlarına qoşulan daha avtomatlaşdırılmış proqram yaradırıq”, - turnirin təsisçilərindən olan Şeyn Tomson bildirib.
Xatırladaq ki, yuxu üzrə dünya çempionatının keçirilməsi ideyası 2020-ci ildə, koronavirus pandemiyasının başlamasından sonra yaranıb.
Qaydalara görə, turnir üçgünlük seçmə mərhələsi ilə başlayır. Əsas mərhələ beş gün davam edir. Hər turun qalibi gündəlik həyatda yuxu və fiziki aktivliyi izləmək üçün istifadə edilən xüsusi elektron halqanın göstəriciləri əsasında müəyyənləşir. İştirakçılar olimpiya sistemi üzrə mübarizə aparırlar.
Biraz daha keçmişə nəzər saldıqda yuxu yarışının İspaniyada icad edildiyini görmək mümkündür. Çünki 2010-cu ildə Madrid ilk dəfə “siesta” (günorta yeməyindən sonra baş tutan yuxu) çempionatına ev sahibliyi edib.
Aysel