Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yuxu sisteminizə diqqət edin - Peyvənd vurduranlara məsləhətlər

  • 2021.03.23 12:49
  • 1721 Baxış
Yuxu sisteminizə diqqət edin -  Peyvənd vurduranlara məsləhətlər
Türkiyəli professor Coşkun Usta vaksin vurduranların yuxu sisteminə diqqət etməli olduqlarını bildirib.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, yoluxanların sayı insanların immuniteti güclənənə qədər davam edəcək: “Qaydalara əməl etmək və vaksinasiya çox önəmlidir. Hazırda koronavirusa qarşı tək ümid peyvənddir. Mütəxəssislər vaksinin təsirini artirmaq üçün araşdırma aparıb. Qrip və ya hepatit peyvəndindən sonra insanlar həmin gecə və ilk 10 gün içərisində yaxşı yatdıqlarında antitellərin daha güclü olduğu ortaya çıxıb. Ona görə də vaksin olunduqdan sonra mütləq yuxu sisteminizə, düzgün yatmağınıza fikir verin. Vaksin immuniteti artırır, virusa qarşı savaşır. İkinci məsələ isə vaksinin hansı saatlarda vurulmasıdır. Araşdırmalara görə, səhər saatlarında vurulan vaksin daha çox antitellər yaradır. Çünki səhərlər immun sistemimiz daha hazırlıqlı olur. Buna görə də günortadan əvvəl, ilk on gün yuxu sisteminizə diqqət edin. Sağlam qidalanın, təbii mineral və vitaminlər qəbul edin”.