Son zamanlar çox insanlar yuxu pozulmasından şikayətlənir. Xüsusən 65 yaşından sonra zamanın siqnal sistemində işığı dəyəri azaldığından dərin qocalığa qədər gün ərzində 90 dəqiqəlik yuxu-oyaqlıq ritmi saxlanılır, bu ritm bu yaşda olan yataq xəstələrində müşahidə olunur.
Gün ərzində 7 saatlıq yuxu böyüklər üçün optimal hesab olunur. Yuxunun çoxluğu və azalması ömrün qısalmasına gətirib çıxarır.
Medicina.az yuxu pozulmalarını biotənzimləyici terapiya ilə müalicə etməyə üstünlük verən nevroloq Vahid Məmmədovdan yuxu pozulmalarının səbəbini araşdırdı.
" Yuxu pozulmalarının böyük hissəsi psixi faktor və bir sıra patoloji faktorlarla əlaqəlidir. 80% hallarda yuxu pozulmasının səbəbi beyin qabığı və ya limbik sistemdə oyaqlıq sisteminin həddən artıq intensiv və davamlı stimulyasiyasıdır. Buna görə də yuxu pozulması olan pasiyentlərdən pozulamya səbəb olan mümkün amilləri soruşmaq lazımdır: fikirlər, emosional yüklənmə, konfliktlər, idman, televiziya, telefon asilılığı, qorxu, stress, depressiya.
Həftədə 3 dəfə yuxunun gəlməsini 30 dəqiqədən çox gözləyən insan artıq yuxu pozulmasından əziyyət çəkən hesab olunur. Yuxu pozulmasına bir sıra xəstəliklərin simptomları – öskürək, baş ağrısı, tənəffüsün çətinləşməsi səbəb ola bilir.
Nevroloji və nevrotik pozulmalar, narkomaniya, alkoqol, qida da yuxu pozulmasına gətirib çıxarır.
Yaşlılarda Alsheymer xəstəliyində yuxu və oyanıqlıq ritminin pozulması olur.
Yuxu pozulması 2 kateqoriyada olur: Dissomniya , Parasomniya.
Dissomniya – insan özünü yuxudan doymamış hiss edir, yuxu dövrü dəyişir, gecə yox gündüz yatır
Parasomniyada – yuxu zamanı qeyri-adi əlamətlər, kabus, qorxulu yuxular qeyd olunur.
Müalicəsi
Axşam saatlarında bədən temperaturunun erkən aşağı düşməsi nəticəsində yaranan pis yuxulama zamanı yuxudan əvvəl isti vanna, ayaq vannası kömək edə bilər.
Axşam daha yüngül qidalar yeməklə də effekti artırmaq olur.
Sinir sistemini sakitləşdirmək məqsədilə tərkibində valerian, melissa, passiflora olan preparatlar, çaylar istifadə olunur. Onlar yüngül yuxu pozğunluğu olanlara kömək edir.
Bioloji təbabət isə tənzimləyici təsirli Neurexan preparatını təqdim edir. Bu preparat psixovegetativ sistemə yaxşı təsir edir, oyanıqlığı aradan qaldırır, serotonin miqdarını tənzimləyir, fizioloji yuxunu tənzimləyir, gündüz yuxululuq vermir.
Digər yuxu dərmanlarından fərqli olaraq uzun müddət qəbul etdikdə, asılılıq yaratmır. Xəstədə nəticəni deyil, səbəbi aradan qaldırır.
3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;