Göz maskaları işığın qarşısını almaq və yatmağı asanlaşdırmaq üçün effektiv və dəbdə olan vasitədir.
Amma bu maskalar bakteriya, kir, makiyaj, təbii yağlar və tər toplayır. Mütəmadi olaraq yuyulmasa və ya dəyişdirilməsə, göz infeksiyalarına səbəb ola bilər.
“Medicina” xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, yuxudan oyandığınız zaman göz qapaqlarınızda ağrı, qızartı, yapışqan kimi axıntı, qabıqlanma hiss edirsinizsə, maskadan istifadə etməyi dayandırmalı və oftalmoloqunuzdan məsləhət almalısınız.
“İnfeksiyanın qarşısını almaq üçün göz maskalarınızı mütəmadi olaraq. yumşaq yuyucu vasitə ilə yumaq vacibdir.
Göz maskaları müxtəlif materiallardan (atlaz, məxmər, yun, ipək, pambıq və s.) hazırlandığından dəridə qıcıqlanma, sızanaqlar, dəri quruması və ya hazırlandığı parçaya qarşı allergik reaksiyalar da yarana bilər.
Göz maskası alarkən onun dərinizə uyğun materialdan olmasına diqqət etməlisiniz.
Göz maskalarının digər mənfi cəhəti odur ki, onlar çox sıx geyinilərsə, gözlərinizə çox təzyiq göstərə bilərlər. Bu o deməkdir ki, səhər oyandığınız zaman bulanıq görmə ilə qarşılaşa bilərsiniz ”.
Aynurə Məmmədova