Gənclik hormonu hesab edilən melotonin orqanizm üçün çox əhəmiyyətlidir.
Gecə hormonu ürək sağlamlığını və immuniteti gücləndirir.
“Medicina” xəbər verir ki, alimlər bir neçə araşdırma aparıblar. Müəyyən olunub ki, melotonin nəinki yuxu problemlərini aradan qaldırır, hətta depressiya əlamətlərini azaldır və onkologiyanın qarşısını alır.
Melatonini necə əldə etmək olar? Bu suala həkim Nikita Smirnov bildirdi ki, bir çox insan onu gecə hormonu kimi tanıyır, çünki əksər hissəsi gecə istirahəti zamanı istehsal olunur.
Melatoninlə birlikdə pineal vəzimiz (vəzi) xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Daha doğrusu, bu hormonun verdiyi sevinc və xoşbəxtlik hissi günəş işığının triptofan amin turşularına təsiri ilə əmələ gəlir. Gün ərzində serotonin belə istehsal olunur. Gecə isə serotonin melatoninə çevrilir.
Hormon istehsalının aktiv mərhələsi saat 20.00 radələrində başlayır. Bədəndə melatoninin ən yüksək konsentrasiyası saat 0:00-dan 04:00-a qədərdir. Bu zaman işıq düşmədən, tam qaranlıq otaqda yatmaq daha yaxşıdır.
Hormonu təbii olaraq normal saxlamaq üçün sadə qaydalara əməl etmək lazımdır.
Məsələn, gecə yarısından əvvəl yatağa getmək, otağı qaralmaq və zəif işıqlandırmadan istifadə etmək.
Gecə istirahətinin müddətini idarə etməyə çalışmaq lazımdır. Bunun üçün işıqları söndürməklə istirahət etmək daha yaxşıdır. Yox, əgər yalnız işıqlandırma ilə yatırsanızsa, yuxu bandajı taxmaq mütləqdir.
Həkimin dediyinə görə bir az şirniyyat zərər verməz. Amma çox şirin yemək, bu hormonu azaldır.
Aygün Musayeva