Niderlandda 38 yaşlı qadın döş qəfəsində ağrı, təngnəfəslik şikayətləri ilə xəstəxanaya gətirilir.
Medicina.az xəbər verir ki, qadın 5 həftə əvvəl koronavirusa yoluxduğunu, lakin heç bir ciddi problem olmadan evdə sağaldığını bildirib.
Lakin sonradan bu simptomlar qəfildən başlayıb, getdikcə daha da pisləşib.
Rentgen çəkim xəstədə ikitərəfli pnevmotoraks, yəni hər iki ağciyərin finksiyasının demək olar ki, 90% pozulduğunu göstərib.
Bu tibbi ədəbiyyatda kovidlə bağlı ilk belə qeydə alınan kliniki hal idi.
Həkimlər bildirir ki, pasiyentdə pnevmotoraks inkişaf etməsi üçün heç bir ciddi travma, risk olmayıb.
Hələ ki, koviddən sağaldıqdan sonra qadında belə ağır problemin yaranma səbəbi bilinmir.
Alimlər hesab edir ki, infeksiya ağciyər damarlarında mikroskopik dəyişikliklər yaradıb, nəticədə plevra boşluğuna hava sızılıb.
Ona görə də bu faktdan sonra Covid 19-un ağciyərlərdə pnevmotoraks yarada biləcəyi barədə xəbərdarlıq edilib.
Bu qadında xüsusi şprislə hava çıxarılıb, müalicə təyin edilib. Xəstə İVL cihazına qoşulmayıb. 4 həftədən sonra hər iki ağciyər normal fəaliyyətinə qayıdıb.