Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 20-yə yüksəlib.
"Medicina" xəbər verir ki,Milli Xalq Sağlamlığı Təşkilatı 10 gündə 5 xəstəyə diaqnozun qoyulduğu barədə məlumat yayıb.
Virusun Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi bildirilib. Bölgələrin sayı çox olduğundan artıq həyəcan təbili çalınmalıdır.
Xəstəliyi ağcaqanadlar yayır.
Aygün Musayeva