Yunanıstanda 15 yaşdan yuxarı hər kəsin cinsiyyətini dəyişdirməyə icazə verən qanun layihəsi qəbul edilib.
Medicina.az xəbər verir ki, layihə, Yunanıstan parlamentində keçirilən səsvermədə 171 lehinə, 114 əleyhinə səslə qəbul edilib.
Qanun layihəsində qeyd edilib ki, cinsiyyətini dəyişdirmək istəyənlərin müraciətləri həkim, psixoloq və digər mütəxəssislərdən ibarət komissiya tərəfindən araşdırılacaq, daha sonra baxılması üçün müvafiq məhkəməyə göndəriləcək.