Arıqlamaq istəyən hər kəsə yumurtadan çox istifadə etmək məsləhət görülür. Amma əlbəttə ki, bu heç bir sağlamlıq problemi olmayan insanlara aid edilir.
Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir. Tərkibi vitamin və minerallarlarla zəngindir. İnsanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir. Yumurta yalnız arıqlamaq üçün yox həm də sağlam qalmaq üçün ən əhəmiyyətli qidalardan biridir.
Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir.
Bəs yumurtanın təzə olub olmamasını necə bilmək olar?
Medicina.az sizə bunu yoxlamağın asan yolunu təqdim edir:
Yumurtanın təzə olub olmadığını müəyyən etmək üçün lazım olan tək şey bir stəkan (otaq temperaurunda) sudur. Bunun üçün yumurtanı stəkana atın.
Əgər yumurta stəkanın dibinə düşərsə bu onun təzə olmasından xəbər verir. Bu cür yumurtanı istifadə edə bilərsiniz.
Bəs əgər yumurta stəkanın ortasında qalsa və ya dibinə ensə?
Əgər yumurta stəkanın ortasında üfiqi vəziyyətdə qalarsa bu onun çox da köhnə olmadığını bildirir. Amma əgər yumurta şaquli olaraq stəkandakı suyun səthinə yaxın dayanırsa o zaman bu yumurtanın köhnə olmasından xəbər verir. Onu yemək məsləhət deyil.
Arzu
Medicina.az