Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurtanı neçə dəqiqə və necə bişirməli? - Vaxtdan asılı olaraq faydası da dəyişir

  • 2018.12.13 12:58
  • 29389 Baxış
Yumurtanı neçə dəqiqə və necə bişirməli? -  Vaxtdan asılı olaraq faydası da dəyişir
Yumurta ən faydalı qidalardan biri hesab olunur. Təsadüfi deyil ki, bir çox pəhrizlərin tərkib hissəsini məhz yumurta təşkil edir. Yumurtanın tərkibində olan albumin zülalı insan orqanizmi tərəfindən ən tez və rahat mənimsənilən zülal olduğundan yumurta zülal tərkibli ən ideal qida hesab olunur.  Lakin onun faydası bişirilmə qaydalarına görə dəyişir.


Medicina.az yumurtanın ən faydalı hazırlanma qaydasını təqdim edir:


Yumurta necə hazırlanmalıdır? 


Şəhər əhalisi yumurtanı əsasən soyuducuda saxlayır. Bişirmək istədikdə isə soyuducudan çıxararaq birbaşa qazana qoyub, üstünə soyuq su alır və qaynadır. Buna görə də qabığı yumurtanın ağına yapışır. Yumurtanın asan təmizlənməsi üçün onu qaynar suda bişirmək lazımdır.  


Neçə dəqiqə bişirilməlidir?


Yumurtanın suda neçə dəqiqə qaynaması çox önəmlidir. Çünki istinin təsiri ilə onun tərkibində olan zülalın forması dəyişilir. 

 

Картинки по запросу boil eggs


Gəlin yumurta bişərkən onun tərkibində olan zülalın nə cür dəyişdiyini addım-addım izləyək:


0–60 °S. Maye şəklində olan zülal tədricən qızır. 


60 °S. Qlikoprotein adlanan zülallar bir biri ilə birləşərək matrisa əmələ gətirirlər. Yumurtanın ağı süd rəng alır və jeleyəbənzər qatılığa çatır (3 dəqiqə qaynadıqdan sonra).


68 °S. Qlikoproteinlər formalaşmağa başlayır: o, artıq şəffaf deyil, kifayət qədər bərk, amma hələ də jeleyəbənzər qatılıqdadır (5 dəqiqə qaynadıqdan sonra).


82 °S. Ovalbumin görünməyə başlayır - bu zülal yumurta ağının əsas tərkib hissəsidir (7-9 dəqiqə qaynadıqdan sonra).


82 °S  və daha artıq. Temperatur nə qədər yüksək olarsa, əmələ gələn zülal bağları da bir o qədər möhkəm olur. Qaynama vaxtı nə qədər uzun olarsa, o zaman yumurta bir o qədər quru və bərk olur. Zülal rezini xatırladır (15 dəqiqəyə yaxın)

 

Картинки по запросу boil eggs


Yumurta sarısının bişmə prosesi isə başqa cürdür:


63 °S. Sarı qatılaşaraq bişməyə başlayır. 


70 °S. Sarı bərkiyir, amma hələ də yumşaq və parlaq-sarı rəngdədir. 


77 °S. Sarı solğunlaşır və tez ovxalanan olur. 


77 °S və daha yüksək. Sarı qurumağa başlayır, təbaşiri xatrıladır. Yumurta ağının tərkibində olan zülal özündən kükürd ifraz edərək sarıdakı dəmir ilə reaksiyaya girir. Nəticədə dəmir sulfidi əmələ gəlir ki, bu maddə yumurta sarısını yüngülcə yaşıl rəngə boyayır. Belə ki, 11-15 dəqiqə qaynadılan yumurta sarısının üzərində həmin boz-yaşıl təbəqəni görmək olar. 


Beləliklə də qabığından asan təmizlənən, elastik ağı və yumşaq sarısı olan ideal yumurta bişirmək üçün onu qaynar suya salmaq lazımdır. 30 saniyədən sonra yenidən qazı yandıraraq vam odda 10 dəqiqə qaynatmaq bəs olacaq. 


Bəzən insanlar elə düşünürlər ki, yumurtanı bişirdikdə onun tərkibində olan vitaminlər və minerallar parçalanır. Buna görə ondan çiy halda istifadə etməyin daha faydalı olduğunu düşünürlər. Amma bu fikir səhvdir. Həkimlərin bildirdiyinə görə, çiy yumurta sağlamlığa ziyan verir. Belə ki, çiy yumurta qəbulu B7 vitamininin orqanizm tərəfindən sovrulmasını ləngidir. Bundan başqa, çiy yumurtadan çox təhlükəli salmonella mikrobuna yoluxmaq mümkündür. Salmonella mikrobları əsasən də immuniteti zəif olan insanlarda ciddi problemlər yaradır. Düzdür, yumurta bişdikdə qida dəyəri nisbətən azalır, amma çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyəri baxımından ciddi fərq yoxdur. Buna görə də əlavə problem yaranmaması üçün yumurtanı tam bişirib yemək məsləhətdir. 


Arzu Mirzəyeva

Medicina.az