Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurtalıq xərçənginin əsas əlamətləri – Kanadalı professor açıqladı - SİYAHI

  • 2019.06.29 13:05
  • 16406 Baxış
Yumurtalıq xərçənginin əsas əlamətləri  – Kanadalı professor açıqladı - SİYAHI
Xərçəngin elə  əlamətləri var ki,  özünü açıq şəkildə biruzə vermir.
Medicina.az xəbər verir ki, bunlardan biri də qadınlarda yumurtalıq xərçəngi ilə bağlıdır.

 

 
Yumurtalıqların xərçəngi bədxassəli şiş olub qadın yumurtalığının hüceyrələrində inkişaf edir. Əlbəttə, yumurtalıq şişlərinin heç də hamısı bədxassəli olmur.
"Qadınlar çox vaxt xərçəngin gizlin inkişaf edən əlamətləri səbəbiylə xəstəlik haqqında bilmirlər" - Kaliforniya Universitetində xərçəng genetikası üzrə uzman professor Bet Karlan bu barədə məlumat verib.

 

 
O bildirib ki, 90% hallarda yumurtalıq xərçəngi ilkin mərhələdə müalicə oluna bilər, amma əsas məsələ onu vaxtında aşkar etməkdir. Qarında  şişkinlik, xroniki qəbizlik, normal qida qəbulundan sonra toxluq hissinin yaranması, beldə ağrılar yumurtalıq xərçənginin əsas əlamətləridir.
"Bir çox qadınlar  bu simptomlarla altı və  doqquz ay  yaşayırlar. Onlar yalnız həkimə müraciət etdikdən sonra bu  diaqnoz haqqında məlumat alırlar” - həkim bildirib.

 

 

Onun sözlərinə görə,  bu cür xərçəng əksər hallarda yumurtalıqların özündə də yaranmır və bəzən bu xəstəlik qarın tomoqrafiyası zamanı da təsbit edilə bilər.Buna görə də göstərilən simptomlar olanda xəstə  müntəzəm olaraq  müayinələrdən keçməlidir.

 

Ülviyyə Mirzəyeva

Medicina.az