Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurtalıq xərçəngi olmuş qadınlar ana ola bilərmi?– Türkiyəli cərrahdan ilginc açıqlama

  • 2018.07.11 18:10
  • 13418 Baxış
Yumurtalıq xərçəngi olmuş qadınlar ana ola bilərmi?–  Türkiyəli cərrahdan ilginc açıqlama

Qadınların qorxulu kabusu olan yumurtalıqların şişi gəncləşən xəstəliklərdəndir. 5-10 il əvvəl yumurtalıqların xərçəngindən əməliyyat olunan qadınların ana olma şansı da itirilirdi. Lakin indi tibbi onkologiya inkişaf edib və uşaqlıq, yumurtalıq xərçənginə tutulmuş gənc, subay və ya evli xanımların ana olmaq istəyi nəzərə alına bilər.





Bakıda müayinələrdə olan Türkiyəli professor, ginekoloq-onkoloq-cərrah Eralp Başer yumurtalıq xərçəngində yeni metodlardan Medicina.az-a danışdı:




" Əgər gənc qadında yumurtalıqların birində şiş varsa, hətta metastaz olsa belə, əməliyyat edib hər şeyi təmizləyib, bir yumurtanı alıb, digərini saxlayırıq. Sonra kimyaterapiya veririk. Digər yumurtalıqdan hamilə qala bilər.  Uşaqlıq xərçəngində  isə kimyaterapiya və yüksək doz hormonal müalicə ilə şişin yayılmasının qarşısını ala bilirik. 




Əgər hər iki yumurtalıqda şiş varsa, o zaman yumurtalar götürülür, depolanır. Tam müalicədən sonra o yumurtalardan süni mayalanma ilə ana olma şansı var. Təəssüf ki, bütün xəstələrdə bunu edə bilmirik. Amma xəstənin ana olmaq arzusunu maksimum nəzərə alırıq”.






Yumurtalıq xərçəngi olmuş qadınlar ana ola bilərmi?–  Türkiyəli cərrahdan ilginc açıqlama