Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurtalıq toxuması dondurulmuş talassemiyalı xəstə hamilə qaldı

  • 2023.08.15 17:27
  • 1166 Baxış
Yumurtalıq toxuması dondurulmuş talassemiyalı xəstə   hamilə qaldı
Türkiyədə yumurtalıq toxuması illər öncə alınaraq dondurulmuş talassemiya xəstəsi qadın sağlam uşağa hamilə qalıb.

"Medicina" xəbər verir ki, Ankara Universitetinin professoru Murat Sönmezer Türkiyədə ilk dəfə 2004-cü ildə bu üsula başlanıldığını deyib.


Bu üsul \yumurtahücryrə dondurulması deyil:

"Bu üsul kimyaterapiya və ya kök hüceyrə müalicəsindən əvvəl yumurtalıqların dondurularaq əridilməsi və sonra yenidən xəstəyə köçürülməsi ilə həyata keçirilir. Yüksək dozada kimyaterapiya alan xərçəng xəstələrində yumurtalıq ehtiyatları kimyaterapiyaya görə məhv olur. Yəni bu xəstələr uşaq sahibi olmaq şansını itirir.


Belə xəstələrin yumurtalıq toxuması alınaraq dondurulur.

Uşaq sahibi olmaq istədikdə, donmuş yumurtalıq əridilir və laparoskopik əməliyyatla xəstəyə köçürülür. Bu mərhələdən sonra xəstə təbii yolla və ya in vitro mayalanma yolu ilə hamilə qala bilər.

Aygün Musayeva