Türkiyədə yumurta satışı sahəsində yeni üsula keçilib.
Medicina.az xəbər verir ki, bundan sonra yumurtaların üzərində konkret kod olacaq. Yeni sistemlə alıcı yumurta barədə lazımlı informasiyanı əldə edəcək. Artıq həmin kodların mənaları da açıqlanıb.
Kodların mənalarını təqdim edirik:
Kodun ilk rəqəmləri
Yumurtaların üstündə 4 fərqli istehsal kodu olur. Bu kodlar yumurtanın alındığı toyuğun cinsindən və keyfiyyətindən xəbər verir. Kodlar rəqəmlər və hərflərdən ibarət olur. Lakin istehlakçıya kodun sadəcə ilk rəqəmi maraqlı olmalıdır. Bu rəqəmlər 0, 1, 2 və 3-dür.
Kodların mənası
Əgər kod 0 ilə başlayırsa...
Kod 0 ilə başlayırsa, bu, yumurtanın orqanik olduğunu göstərir. Yəni, toyuq təbii şəraitdə yetişdirilib və qidalandığı yem orqanik olub. 0 koduyla başlayan yumurtanın tərkibində heç bir kimyəvi maddə yoxdur və ən sağlamı da odur. Digər yumurtalara nisbətdə bahalı olmasının səbəbi də budur.
Aldığınız yumurtanın üzəridəki kodun ilk rəqəmi 1-dirsə, gəzən toyuğun yumurtasıdır. Yəni, qəfəslərdə deyil, fermada yetişir. Orqanik yumurtadan sonra ən sağlam yumurta sayılır.
Kod 2 ilə başlayırsa
Qəfəsdə saxlanılmış toyuqların yumurtalarının kodu 2 iıə başlayır. Bazar-dükanlarda ən çox bu kodla satılan yumurtalar yer alıb. 0 və 1-lə başlayan yumurtalar kimi, bu yumurtaların sağlam olduğunu demək səhv olar.
Kod 3-lə başlayırsa
Kodu 3-lə başlayan yumurtalar broyler toyuğundan əldə olunur. Başqa bir sözlə fabrik üsulu ilə əldə edilmiş yumurtalardır. Bu toyuqların çoxu qatqı maddəli yemlərlə bəslənilir. Ən ucuz yumurtadır.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev deyib ki, Azərbaycanda bu sistem tətbiq olunmur. Onun sözlərinə görə, ölkəmizdə yumurtaların üzərinə sadəcə istehsal tarixi və şirkətin atı həkk olunur.
Bəs Azərbaycanda da bu sistemə keçiləcəkmi? Mövzunun davamı olacaq.
Medicina.az