Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurtahüceyrənin yetişməsi – Ovulyasiya belə baş verir

  • 2023.05.08 19:32
  • 2570 Baxış
Yumurtahüceyrənin yetişməsi  – Ovulyasiya belə baş verir
Menstruasiya dövrünün ortasında hipofiz vəzidə LH - lyüteyinləşdirıcı hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.


“Meidcina” xəbər verir ki, ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək deşilir.


Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Nəticədə ovulyasiya baş verir.

Ginekoloqların sözlərinə görə, ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul sarı cismi əmələ gətirir. Sarı cismin adı onun içərəsində olan sarı rəngli lyutein piqmentinə (luteus - latın dilində “sarı” deməkdir) görə verilib.

Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) yaranmış embrionu qəbul etməyə hazırlaşır.
Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını və davam etməsini təmin edir.

Yumurta hüceyrəsi ovulyasiyadan sonra qarın boşluğuna düşür. Burada Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə ötürür.

Ovulyasiyadan sonra uşaqlığın daxili qatı (endometrium) qalınlaşaraq mayalanma baş verdiyi halda əmələ gəlmiş olan embrionun bitişməsinə hazırlaşır. Mayalanma nəticəsində əmələ gələn embrion müvəffəqiyyətlə endometriyada birləşmiş olarsa, endometrium doğuşa qədər olan müddət ərzində onun müdafiəsini, qidalanma və inkişafını təmin edir.

Günay Quliyeva