Bu il ən çox bahalaşan ərzaqlardan biri də yumurtadır. Əvvəllər sağlam insan günə 2 yumurta yeməlidir deyən həkimlər son illər yumurtanı az qala düşmən qidalar suyahısına salır.
İndi ailələrdə yumurtanı ancaq uşaq səhər yeməyinə daxil edirlər.
Hətta elə gənc insanlar var ki, aylarla qaynatma yumurta yemir. Bəs yumurtasız orqanizmdə nələr baş verir?
“Medicina” xəbər verir ki, endokrinoloq Nataliya Antonova yumurtadan imtina edənləri nə gözlədiyini bildirib.
“Yumurta həmişə vacib mineral, zülal, yağ turşusu mənbəyi olub. Kökəltmir, dietikdir.
Əgər insan yumurtadan tam imtina edibsə, beyini və sinir sistemini vacib A, E, D, B vitaminlərindən məhrum edir.
Eləcə də yumurta kalsium, sink, fosfor, fol turşusu, betain və xolin mənbəyidir.
Bunlar isə diabetə qarşıdır, damar və ürək sağlamlığı üçün vacibdir.
İmkan daxilində yumurtadan imtina etməyin. Az da olsa, həftədə 2-3 dəfə də olsa yeyin.
Çünki D vitamini mənbəyi də məhz yumurta sarısıdır.
Uşaqlar gündə 1 ədəd, böyüklər 2-3 ədəd yeyə bilər”.
Aygün Musayeva