Yeni elmi araşdırmalara görə, diabet, yüksək təzyiq, yüksək xolesterini olanlara yumurta sarısı yemək olmaz.
"Medicina" xəbər verir ki, yumurta sarısında fosfatidilxolin adlı kimvəyi maddə var ki, o, arteriyaların yağla tutulmasını artırır.
Kardioloq həkim Oleq Varfolomeev hansı insanlara yumurtanın zərərli ola biləcəyini açıqlayıb.
"Yumurta sarısı xolesterinlə zəngindir. Elmi tədqiqatlarda sübut olunub ki, hətta 10 qram gündə yumurta koronar damarların tutulmasını 50% artırır.
İnsult riski olan xəstələr hər gün yumurta yeməməlidir.
Diabet xəstələri, ürək-damar xəstələri, xolesterini yüksək olanlar bu qrupa aiddir.
İnsultdan qorunmaq üçün rasionda bu dəyişikliyi edin:
- Qırmızı əti azaldın
- Heyvani yağları zeytun yağı ilə əvəz edin
- Meyvə-tərəvəzi artırın
- Trans yağ və fritürdə qızardılmış qidaları yeməyin
- Ağ undan çörək, kartof, şəkəri azaldın
Aygün Musayeva