Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yumurta qabığının inanılmaz faydaları

  • 2019.06.07 11:43
  • 23615 Baxış
Yumurta qabığının inanılmaz faydaları



 Az qala hər gün yumurta yeyirik. Qabığını isə heç düşünmədən zibil qabına atırıq. Lakin bu qidanın qabığını da istifadə etmək olar. Medicina.az yumurta qabığının faydalarını təqdim edir:



 Torpağı bəsləyir



Yumurtanın qabıqları tez çürüyür. Qabıqda olan minerallar və kalsium maddəsi torpağı münbitləşdirir.



Drenaj rolu oynayar



Bitkilərin diblərini qazıb həmin yerə yumurta qabığı töksəz, faydasını görərsiz. Bu, həm torpağın, həm də bitkinin hava almasına yardımçı olur.



Çürüməni əngəlləyir



Pomidor, badımcan və bibər kalsium azlığından, böyüdükcə çürüməyə meyilli olur. Bunun qarşısını almaq üçün həmin bitkilərin yanlarına yumurta qabığı basdırın. Yumurtada olan kalsium torpağı və birbaşa bitkini qidalandırır.



Soxulcanı qovur



 Bitkilərin yanında yumurta qabığı yerləşdirsəniz soxulcan və digər qurdlar həmin ərazidən uzaqlaşar.



Quş qidası



Quşlar yumurtada olan kalsiuma görə qabıqlarını yeməyi sevirlər. Ona görə də yumurta qabılarınızı bağçanıza  atın. Çünki qusalar o zaman həm yumurta qabıqlarını yeyəcək həm də baxınızdakı zərərli böcəkləri.



Ph səviyyəsi



Torpaqdakı ph səviyyəsi son dərəcə vacibdir. Əgər torpaqda turşuluq artırsa, yumurta qabıqlarını  əlavə edərək ph səviyyəsini nizamlaya bilərsiniz.

 

Gübrə



Yumurta qabıqları ən azı gübrə qədər yararlıdır. Torpağa atarkən yaxşıca parçalanmasına diqqət edin.