Yumurta özlüyündə ağır, çətin həzm olunan, allergik və ziddiyətli qidadır. Ona görə bir çox ərzaqlarla qarışanda o güclü zəhərlənmə, ağırlaşma verə bilir.
Medicina.az yumurta ilə uyğun gəlməyən, amma çoxumuzun bilməyib birgə yediyimiz digər ərzaqların siyahısını təqdim edir.
-Meyvələr
Mütəxəsislər bildirir ki, yumurta yedikdən sonra meyvə qəbulu məsləhət deyil. Bu ərzaqlar müxtəlif sürətdə həzm olunur. Alma 15 dəqiqə həzm olunur, yumurta isə 45 dəqə. Ona görə mədədə ağırlıq yaranacaq
-Pendir
Yumurta pendirlə də uzlaşmır. Hər ikisi heyvan mənşəli zülaldır, mədə üçün bu iki qidanı ayırmaq çətindir. Əgər günboyu mədənizdən daş asılmış kimi gəzmək istəyirsizsə, pendirlə yumurtanı bir yeyin
-Kartof
Bir çoxumuz üçün kartof yumurta əvəzsiz ikilidir. Dietoloqlar isə əksini deyir. Kartofda elə bir mineral var ki, kalsiumun yumurtadan mənimsənilməsinə mane olur. Ona görə kartofla yediyiniz yumurta elə hesab edin ki, faydasızdır.
-Balıq
Balıqla yumurtanın yola getməməsini yəqin ki, çoxları bilir. Yumurtada elə maddə var ki, balıqda olan biotini öldürür. Ona görə balıqdan fayda almaq üçün yumurtanı təxirə salın. Həm də balıqla birgə yumurta zəhərlənmə verə bilər
-Düyü
Düyüdə olan faydalı maddələri yumurta azaldır. Ona görə orqanizm üçün düyüdən maksimum fayda almaq üçün onu yumurtadan uzaq yeməlisiz
-Süd
Hər ikisi heyvan mənşəli zülaldır. Süd özü ümumiyyətlə heç bir əlavə qida ilə çətin uzlaşır. Ona görə onu ayrı içmək lazımdır.
-Mayonez
Bəs yumurtalı salatlara mayonez qatırıq axı.
Olar, amma bir şərtlə ki, yeməyə göyərti əlavə olunsun. Hər ikisi yağlıdır, yalnız göyərti yağların həzmə mane olmasının qarşısını ala bilər