Pəhriz siyahılarında ən çox yer alan qida yulafdır.
Medicina.az xəbər verir ki, yulafın tərkibində olan E vitamini saç, dəri və dırnaqlar üçün faydalıdır və immunitet sistemində mühüm rol oynayır.
Yulaf yarması prebiotik qidadır. Bağırsağınızda probiotikləri və ya sağlam bakteriyaları qidalandıraraq balanslaşdırılmış mikrobiom yaradır.
2021-ci ildə edilən bir araşdırma, yulaf yeməyin yaxşı bağırsaq sağlamlığı ilə əlaqəli olduğunu sübuta yetirib.
Ancaq onu da nəzərə çatdıraq ki, yulaf yarması bəzi mütəxəssislər tərəfindən sağlam səhər yeməyi variantı olaraq təriflənsə də, digərləri onun tək başına istehlak edildikdə müxtəlif zərərləri olduğunu bildirirlər. Ancaq düzgün istehlak edilərsə, yulaf insanı uzun müddət tox saxlaya bilər.
Yulafa zülal və yağ əlavə etsəniz, arıqlamaq hədəfinizə çatmaqda sizə kömək edə biləcək sağlam qida ola bilər.
Hər gün səhər yeməyində yalnız yulaf istehlak etsəniz, istəmədən dərinizə və bədəninizə zərər verə bilərsiniz. Tez-tez yulaf istehlak etmək və digər qidaları kifayət qədər almamaq bədəninizi vacib vitamin və minerallardan məhrum edə bilər. Ona görə də yulafı başqa qidalarla, süd məhsulları, meyvələr və toxumlarla zənginləşdirərək yemək tövsiyə olunur. Ancaq bu zaman yulafın tərkibindəki həll olunan lif tox qalmağınıza kömək edəcək. Əsasən də qatıq və ya süd ilə yeyilən yulaf insanı saatlarla tox saxlayır.
Aysel