Dietoloqlar yulaf südünün insan orqanizmi üçün həqiqətən faydalı olub-olmadığını izah ediblər.
Medicina.az xəbər verir ki, yulaf südü alarkən məhsulun etiketini diqqətli oxumaq tövsiyə olunur. Çünki müxtəlif markalı südlərin tərkibindəki qida maddələri fərqli miqdarda olur.
* Yulaf südü həddən artıq karbohidrat istehlak etməyinizə səbəb ola bilər. Amma onun karbohidrat tərkibi də markadan asılı olaraq dəyişir.
* Yulaf südü sayəsində gündəlik lif qəbulunuz arta bilər. Bəzi markalar bu cür yulaf südü istehsal edirlər. Məhsulu alarkən lif tərkibli olan növünə üstünlük verin.
* Çox zülal əldə etməyəcəksiniz. Digər bitki südü variantları ilə müqayisədə yulaf südü az miqdarda zülal ehtiva edir.
* Çölyak xəstəliyiniz və ya çərəzlərə alergiyanız varsa, diqqətli olmalısınız.Yulaf südünün emal üsuluna görə tərkibində qluten ola bilər.
* Yulaf südü süd məhsullarından uzaq duran insanlar üçün faydalıdır. Buraya veqanlar, vegetarianlar, laktoza dözümsüzlüyü olanlar və ya süd məhsullarına qarşı allergiyadan əziyyət çəkənlər daxildir.
* Yulaf südündə minerallar və kalsium var. Aldığınız yulaf südünün kalsium və vitamin A, D ilə zənginləşdirilmiş olması vacibdir.
* Yulaf südü içdikdə qan şəkərinizdə ani bir artım hiss edə bilərsiniz. İçdiyiniz yulaf südü zülal baxımından zəngin deyilsə və bol miqdarda karbohidrat ehtiva edirsə, belə reaksiyaya səbəb ola bilər.
* Şəkərli diabetiniz varsa, bu süd sizdə problem yarada bilər. Vanil və şokolad ətirli çeşidlər çox vaxt 15 qramdan çox əlavə şəkər ehtiva edir. Zülal mənbəyi kimi soya və inək südünü istehlak etməyiniz daha yaxşı olar.
* Yulaf südü kökəldə bilər. Əgər çəki itirmək və ya olduğunuz çəkidə qalmaq istəyirsinizsə, ən yüksək zülal və lif tərkibli yulaf südünə üstünlük verin.
Aysel