Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksəlmiş bağırsaq keçiriciliyi sindromu (YBKS) nədir?- Bir çox xəstəliklərinizin gizli səbəbi

  • 2020.07.19 14:12
  • 4365 Baxış
Yüksəlmiş bağırsaq keçiriciliyi sindromu (YBKS) nədir? - Bir çox xəstəliklərinizin gizli səbəbi


Müasir araşdırmalar göstərir ki, bir çox xroniki və autoimmün xəstəliklər mədə-bağırsaq traktının xəstəliklərindən başlayır. Tədqiqatların əksəriyyəti bağırsağın qoruyucu qatının zədələnməsinin öyrənilməsinə həsr olunmuşdur; bu patoloji vəziyyət yüksəlmiş bağırsaq keçiriciliyi sindromu, və ya "leaky gut syndrome" adlanır.


Stress, sənaye üsulu ilə hazırlanan qidalar, alkoqol, kimyəvi dərmanlar və infeksiyalar həzm prosesinə zərərli təsir göstərə bilər. Bütün bunlar iltihaba, bağırsaq divarının zədələyərək onun keçiriciliyini artırır. Həzm olunmamış qida, bakteriyalar, toksinlər qan dövranına daxil olur və immun sistemini aktivləşdirərək, müalicəyə çətin tabe olan allergik vəziyyətlər və autoimmun xəstəliklərə, o cümlədən, revmatoid artrit, qırmızı qurdeşənəyi, dağınıq skleroz, xroniki yorğunluq sindromu, autizm, Kron və Alsheymer xəstəliyi, osteoporoz, psoriaz, övrə, səpkiyə və s. səbəb olur.


Normada bağırsaq hüceyrələri, yəni enterositlər, sıx birləşmiş şəkildə qida maddələrinin, elektrolitlərin, suyun selektiv daşınmasını həyata keçirir, eyni zamanda baryer funksiyasını icra edir. (enterositlərin yalnız bir qatı qanı bağırsaq möhtəviyyatından ayırır). Bu birləşmələr dağıldıqda, hər bir şey sərbəst şəkildə qan dövranına və limfaya axmağa başlayır. Nəticədə qaraciyər və böyrəklərə yük kəskin şəkildə artır. Artıq qaraciyər və böyrəklər toksin axınının öhdəsindən gəlmədikdə, bu orqanların ötürmə qabiliyyəti azaldıqda, immun sisteminə düşən yük artmağa başlayır.


Medicina.az xəbər verir ki, immun çatışmazlığı və pozulmuş bağırsaq baryeri fonunda patogen və şərti-patogen bakteriyalar digər orqan və sistemlərdə patoloji vəziyyət yarada bilər. Mədə-bağırsaq traktının baryerinin pozulmasından yaranmış xəstəliklərin siyahısı daim artır; bura həm mədə-bağırsaq traktı xəstəlikləri, həm də bağırsaqdan kənar xəstəliklər aiddir.

• Mədə-bağırsaq problemləri: qarında diskomfort, ağrı, qaz, mədə narahatlığı, qəbizlik, qarnın şişkinliyi, ishal
• Allergik və autoimmün reaksiyalar: astma, dəri səpkiləri, ödem
• Oynaq və əzələ problemləri: xroniki oynaq və ya əzələ ağrısı, fibromiyalgiya
• Neyropsixi vəziyyətlər: yaddaş problemləri, əhval dəyişikliyi, təşviş
• İnfeksiyalar: tez-tez respirator və vaginal infeksiyalar, sidik kisəsinin təkrarlanan infeksiyası.


Yüksəlmiş bağırsaq keçiriciliyi sindromu həmçinin sızanaq, psoriaz və xroniki yorğunluq sindromunun səbəbi kimi qeyd edilir.


Bu xəstəliklərin bir çoxu, həmçinin, mədə-bağırsaq traktının mikrobiotasının dəyişilməsi ilə xarakterizə olunur. Normal mikrobiotanın qorunması, bərpa olunması bağırsaq sağlamlığı və ümumi sağlamlığı təşviq etdiyini ehtimal etməyə imkan verir.

Zədələnmiş selikli qişanı müalicə etmək, həmçinin, mikrobioloji balansı bərpa etmək üçün Almaniya istehsalı Mucosa comp, Symbioflor-1, Symbioflor-2 preparatları uğurla istifadə olunur.