Mütəmadi yüksək səsli, kalonkadan gələn səs, ekstremal musiqi təsiyi beynin bir şöbəsində anomal aktivlik yaradaraq, beynin qan damarlarının iltihabını artırır.
Medicina.az xəbər verir ki, Massaçuset xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticəsi Amerika Ürək Assosiasiyasının sessiyasında təqdim olunub.
Araşdırmaçılar 499 sağlam insanın beynini skan ediblər. Alimlər daha çox badamcıq hissənin aktivlik dərəcəsinə diqqət veriblər. Sonrakı 5 ildə bu iştirakçılardan 40 nəfəri infarkt və ya insult keçirir. Alimlər təyin edib ki, bu adamlar həm evdə, həm də işləri ilə bağlı yüksək səsə, küyə məruz qalıblar.
Belə ki, hava limanı, dəmir yolu, avtotrassa yaxın yaşayan, eləcə də gecə klubları və restoranlarda musiqi, DJ, barmen çalışanların, həmçinin avto yürüş və yarışlarda iştirak edənlərdə beyin arteriyalarının maksimal iltihabı qeydə alınıb.
Ürək tutması, infarkt, insult və digər kəskin ürək-damar xəstəlikləri ekstremal səs-küy təsirinə məruz qalanlarda daha çoxdur. Bu təsir çirklənmiş hava, diabet, siqaretin təsirinə bərabərdir.
Hələ ki, alimlər bu kimi risk altında olan insanların daha sakit yerə köçüb, orda yaşamasının onlara müsbət təsir edib, infarkt və insult riskini azaldıb-azaltmayacağı barədə dəqiq məlumat vermir. Bu da ayrıca araşdırma mövzusudur. Lakin artıq musiqiçi, DJ, yüksəs səs təsiri olan yerlərdə çalışanların çox erkən və qəfil insult və infarktla üz-üzə qala biləcəyini demək olar.