Uzun iş saatları yüksək təzyiqə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, bunu ABŞ-da aparılan yeni bir araşdırmanın nəticələri göstərib.
Tədqiqat çərçivəsində Kanadanın Kvebek əyalətindəki 3 dövlət müəssisəsində 3500-dən çox işçinin sağlamlıq vəziyyətləri təhlil edilib.
Məlum olub ki, həftədə 49 saat və daha çox işləyənlərin yüksək təzyiqdən əziyyət çəkmə ehtimalları 70 faiz artır.
Alimlər sözlərinə görə, uzun iş saatları yüksək qan təzyiqi riskini, həmçinin hipertoniya riskini artırır.
Həftədə 41-48 saat işləyənlərdə də vəziyyət oxşardır. Onlarda hipertoniya riski 54 faizdir.
Məlumata görə, tədqiqatın nəticələri hesablanarkən iş stressi, yaş, təhsil səviyyəsi, məşğuliyyət, siqaret aludəçiliyi, bədən kütləsi indeksi və digər amillər də nəzərə alınıb.
Qeyd edək ki, araşdırmanın nəticələri Amerika Ürək Dərnəyinin “Hipertoniya” jurnalında dərc edilib.
Aysel