Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək təzyiqin 6 əsas əlaməti

  • 2022.09.29 17:38
  • 3108 Baxış
Yüksək təzyiqin 6 əsas əlaməti
Çox insanlar təzyiqinin yüksək olduğunu aylar illər bilmir, təsadüfən həkim müayinəsində öyrənir.

"Medicina" xəbər verir ki, əksər halda hipertoniya ciddi əlamət vermir, ona görə onu "gizli səssiz qatil" adlandırırlar.

Hipertoniyada ürək və beyin damarları daim yüksək təzyiq hiss edir.
Hər yığılıb açıldıqca ürək qanı damarlara daha çətin qovur.


Təzyiqin əsas 6 əlaməti:


- Yüngül, orta və bərk baş ağrıları
- Ürək ritminin sürətlənməsi, döyüntü
- Boyunda sanki döyüntü kimi vurğu hissi
- Daxili narahatlıq, halsızlıq
- Başgicəllənmə, yıxılma hissi, qulaqda uğultu, küy
- Burundan qan açılma

Bu zaman mütləq təzyiq ölçülməli və salınmalıdır.


Aygün Musayeva