Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək təzyiqi dərmansız – 1 həftəyə salan metod tapıldı

  • 2023.11.30 17:30
  • 2259 Baxış
Yüksək təzyiqi dərmansız  – 1 həftəyə salan metod tapıldı

Alimlərin yeni tədqiqatında təzyiq xəstələri üçün ümidverici nəticə alınıb.

“Medicina” xəbər verir ki, tədqiqatda 213 insan iştirak edib.

Əvvəlcə pasiyentlər adi vərdiş etdikləri qidalanma rejiminə əməl ediblər.

Daha sonra onları 2 qrupa bölüblər: birinə yüksək duz, natriumla zəngin həftəlik dieta, digərinə az duzlu dieta təyin edilib.

Beləcə həftələrlə qruplarda bu dietalar növbələşdirilib.

Hər dietanın sonunda hər kəsin təzyiqi ölçülüb. Adi qaydada öz menyularında təzyiq 125-130 arası olub, yüksək duzlu qidalanmada 130-dan yuxarı, az duzlu pəhrizdə isə təzyiq düz 6 mm civə sütunu azalaraq 119-118 olub.

Hətta təzyiq xəstələri dərman içmədən 1 həftə ərzində təzyiqlərini aşağı sala biliblər.

Nəticəni sidikdə natrium analizi da sübut edib, duz çox qəbul edənlərdə bu artıb.

Ona görə təzyiq müalicəsində dərmanla yanaşı qidalanmanı dəyişmək lazımdır.

Aygün Musayeva