Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək təzyiqə qarşı əsas vitamin – Bu qidaları yeyin

  • 2023.07.18 20:58
  • 3271 Baxış
Yüksək təzyiqə qarşı əsas vitamin   –  Bu qidaları yeyin
Təzyiqin yüksəlməsi birbaşa ürəyə bağlıdır. Qan axının sürətlənməsi nəticəsində baş verən bu xəstəlik bir çoxlarını narahat edir.

Hipertoniklər əsasən B3 vitamin tərkibli qidalarla qidalanmaqla xəstəliyin qarşısını ala bilərlər.


“Medicina” xəbər verir ki, həkimlər German Gendelmanın və Yelena Malışevanın sözlərinə görə, hipertoniyadan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Həkimin dediyinə görə, niasinin qan genişləndirici təsiri var, təzyiqin artmasının qarşısını alır.

“Kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır.

Maddənin mənbələri çovdar çörəyi, qarabaşaq yarması, lobya, qoz-fındıq, təmizlənməmiş taxıl, yumurta sarısı, süd, ət və sakatat, göbələk, ananas kimi məhsullardır. Ən çox B3 vitamini mayada olur.

Davamlı yüksək qan təzyiqi böyrək damarlarının daralması səbəbindən ola bilər. Bu daralma nəticəsində böyrəklərə qan tədarükü azalır və qoşalaşmış orqan bunu qan təzyiqinin azalması kimi qəbul edir.

Cavab verir və təzyiqi artırmaqla problemi kompensasiya etməyə çalışır. Belə şəraitdə insanlar antihipertenziv dərmanlar qəbul etməyə başlayırlar, lakin bu da kömək etmir”.

Günay Quluzadə